ManşetMANŞETÜSTÜSiyasət

Suriyada Rusiya təyyarəsi itdi: ruslar fransızlardan şübhələnirlər

Suriyada Rusiya təyyarəsi itdi: ruslar fransızlardan şübhələnirlər

Rusiyanın İl-20 təyyarəsi Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi üzərində, sahildən 35 kilometr məsafədə radarlardan itib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 14 nəfər olub, onları taleyi məlum deyil. Rusiya hərbi idarəsinin məlumatına görə, təyyarə İsrail təyyarələrinin Suriyadakı obyektləri atəşə tutması zamanı radarlardan itib.

Qeyd olunur ki, təyyarə ilə əlaqə dörd ədəd İsrail F-16 qırıcı-bombardmançısının Latakiya əyalətindəki obyektlərə hücumu zamanı kəsilib.


F-16I Sufa (İsrail)

“Eyni vaxtda Rusiyanın hava məkanına radiolokasiya nəzarət vasitələri tərəfindən həmin rayonda olan fransız freqatı “Auvergne”dən (“Overn”) raket buraxılışları qeydə alınıb.


Fransanın FREMM sinfindən olan “Auvergne” freqatı

Öz növbəsində, ABŞ hökumətindəki nümayəndə CNN-ə bildirib ki, Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini Suriya hava hücumundan müdafiə qüvvələri vura bilərdilər.

Onun sözlərinə görə, insident İsrail qırıcılarının Rusiyanın Hmeymim bazasının yerləşdiyi Latakiya əyalətinə hücumunun dəf edilməsi zamanı baş verib. Telekanalın digər həmsöhbəti İsrailin Suriya ərazisini atəşə tutması faktını təsdiqləyib.


Suriya hərbçilərinin “BUK” zenit-raket kompleksi

İsrail Suriyaya hücumu və Rusiya təyyarəsinin itməsini şərh etməkdən imtina edərək, xaricdən gələn məlumatlara münasibət bildirmədiyini elan edib.

Xəbər hazırlanan vaxt üçün İl-20 təyyarəsinin ekipajının taleyi qaranlıq qalmaqda davam edir.

Təyyarənin itdiyi rayonda axtarış-xilasetmə əməliyyatı aparılır.

İl-20 (NATO kodlaşdırmasına görə “Coot”) – radioelektron kəşfiyyat və mübarizə təyyarəsidir.

www.oxu.az

Comment here