DünyaManşetMANŞETÜSTÜ

Suriyada avibazaya raket zərbəsi

Suriyada avibazaya raket zərbəsi

Suriyada avibazaya raket zərbəsi

Suriyanın Homs əyalətində aviabazalardan birinə raket zərbəsi endirilib.

Avropa.info xəbər verir ki, bu barədə SANA-ya aviabazada çalışan hərbi mənbə məlumat verib.

“Bizim mərkəzi ərazilərdə yerləşən aviabazamızın biri raket zərbəsinə məruz qalıb. Hərbi hava qüvvələri həmin raket zərbəsini zərrəsizləşdirib”, – deyə mənbə bildirib.

SANA onu da yazıb ki, Homsdakı “əl-Daba” bazasında partlayış səsləri eşidlib.

Pentaqonun mətbuat xidmətindən bildirilib ki, ABŞ və onun beynəlxalq koalisiyadakı İŞİD-ə qarşı mübarizə aparan tərəfdaşları Homsdakı aviabazaya raket zərbəsi endirməyib: “Bu ABŞ və ya koalisyanın zərbələri deyil. ABŞ və koalisiyanın həyata keçirdiyi əməliyyatlar əsasən Fərat çayının şərq sahillərində həyata keçirilir. Qərb sahilində əməliyyat keçirmir”.

 

Comment here