ManşetMANŞETÜSTÜ

Sumqayıtda avtobus atəşə tutuldu

Sumqayıtda avtobus atəşə tutuldu

Sumqayıtda avtobus atəşə tutulduSumqayıt şəhərində naməlum şəxs tərəfindən avtobusa atəş açılıb.

Sonxeber.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu axşam təxminən saat 20:00 radələrində baş verib. İnsident şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb. Hadisənin baş verdiyi yer “Şahanə” şadlıq sarayının qarşısıdır. Atəşə tutulan 7 nömrəli marşrut avtobusudur.

İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Hazırda polis əməkdaşları həmin yeri dövrəyə alıb.

Hadisə   Baxılıb: 831   Tarix: 16 noyabr 2017

Comment here