ManşetMANŞETÜSTÜ

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini  E.Əliyeva Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun pulunu aldığını bildirib.

 

DİN-in mətbuat xidmıtindən Avropa.info-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.

 

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və  onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Comment here