ManşetMANŞETÜSTÜ

“Sovetski” ilə bağlı mühüm qərar verildi

“Sovetski” ilə bağlı mühüm qərar verildi

"Sovetski" ilə bağlı mühüm qərar verildiYasamal Rayon İcra Hakimiyyəti 2010 yaşayış və qeyri-yaşayış obyektini dövlət ehtiyacı üçün alacaq
Nazirlər Kabinet “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Comment here