ManşetMANŞETÜSTÜ

“Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”

“Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”

"Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək"“Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər”.

Fakttv.com “Report”a istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O vurğulayıb ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir. İşəgötürənin yükünü azaltmalıyıq. Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin. Əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər”.

Paylaş Fakttv.com

Comment here