ManşetMANŞETÜSTÜ

Son dəqiqə: Türkiyə və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçirilir – Video (Yenilənir)

Son dəqiqə: Türkiyə və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçirilir – Video (Yenilənir)

Son dəqiqə: Türkiyə və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçirilir – Video (Yenilənir)

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilir.

Avropa.info-nun məlumatına görə, görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclasın sonunda iki ölkə arasında bır sıra sənədlərin imzalanması planlaşdırılır. Daha sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, bu səfər Azərbaycan prezidentinin yenidən bu vəzifəyə seçilməsindən sonra ilk xarici rəsmi səfəridir.

***

Türkiyəyə səfər edən Azərbaycan prezidenti İlham Əliyev, bu dəqiqələrdə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün Beştəpədəki Prezident Külliyəsinə gedib.

Avropa.info  Türkiyə mətbvuatına istinadən xəbər verir ki, İlham Əliyev Prezident Külliyəsində rəsmi mərasimlə qarşılanıb.

Təkbətək görüş və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İclası ilə müqavilələrin imzalanma mərasimindən sonra, Əliyev və Ərdoğan birgə mətbuat konfransı keçirəcək.

 

 

Comment here