DünyaManşetMANŞETÜSTÜ

Son dəqiqə : TSQ “savaşa hazır olun” təlimatı verdi, 30 min türk əsgəri sərhədə cəmləşdirildi – 20 min ASO əsgəri İdlibə göndərilir

Son dəqiqə : TSQ “savaşa hazır olun” təlimatı verdi, 30 min türk əsgəri sərhədə cəmləşdirildi – 20 min ASO əsgəri İdlibə göndərilir

Son dəqiqə : TSQ “savaşa hazır olun” təlimatı verdi, 30 min türk əsgəri sərhədə cəmləşdirildi – 20 min ASO əsgəri İdlibə göndərilir

Əsəd rejimi və Rusiyanın İdlibə qarşı hava əməliyyatları davam edərkən, Türkiyə Silahlı Qüvvələrinin Afrin, Azez, Cerablus, Əl Bab və Çobanbəy xəttində mövqe tutmuş Azad Suriya Ordusu (ASO) birliklərinə “hərbə hazır olun” göstərişi verdiyi bildirilir.

Fakttv.com Avropa.info -a istinadən xəbər verir ki, Suriya sərhədindəki tank və zirehli qoşun sayı da 2 qatına çıxarılıb.

Məlumata görə, “Fərat Qalxanı”, “Zeytun budağı” bölgələri və İdlib xəttində türk əsgərinin sayı 30 mini keçib. Strateji nöqtələrə raketlər və topçu batareyaları yerləşdirilib. Bölgədə 50 min döyüşçüsü olan ASO-ya da “hazır olun” göstərişi verilib. Son məlumatlara görə, ASO əsgərlərinin 20 mini İdlibə göndəriləcək.

Türkiyəli ekspertlər isə Suriya sərhədində davam edən fəallığı prezident Rəcəb Tayyib Ərdoğanın “İdlibdə baş verənləri seyr etməklə kifayətlənməyəcəyik” açıqlaması ilə paralel dəyərləndirmənin lazım olduğunu bildirirlər.

“Şah Firat” əməliyyatının komandiri təqaüdçü general İhsan Başbozkurt Əsədin Dəra və Qutadakı vəhşiliyi İdlibdə təkrar etdirə bilməyəcəyini, Türkiyənin sülh mərkəzli konstruktiv səylərinin nəzərə alınmayacağı təqdirdə, hər kəsin ağır bədəl ödəyəcəyini vurğulayıb.

Terror və Təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ isə sərhəd xəttində fəallığın yalnız müdafiə fəaliyyəti olmadığını, hadisənin ciddi ölçü daşıdığını deyib.

“İdlib üzərindən aparılan müharibə, Afrin və Fərat Qalxanına qarşıdır. TSQ üçün bütün variantlar masadadır. Prezident Ərdoğanın “seyriçi qalmayacayıq” açıqlaması sahədə tam mənada tətbiq ediləcək.”

Comment here