DünyaManşetMANŞETÜSTÜ

Son dəqiqə : Ərdoğan ABŞ-ın elektronika məhsullarına boykot tətbiq etdiklərini açıqladı – “Özümüz istehsal edəcəyik”

Son dəqiqə : Ərdoğan ABŞ-ın elektronika məhsullarına boykot tətbiq etdiklərini açıqladı – “Özümüz istehsal edəcəyik”

Son dəqiqə : Ərdoğan ABŞ-ın elektronika məhsullarına boykot tətbiq etdiklərini açıqladı – “Özümüz istehsal edəcəyik”

“Türkiyəyə qarşı açıq bir iqtisadi hücum var. Əvvəllər bu işlər daha üstü örtülü, dolayı yollarla edilirdi. İndi açıq şəkildə üstümüzə gəlirlər. Edə biləcəyimiz iki şey var. Bunlardan biri iqtisadi, digəri siyasi davranışdır.”

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə qarşı başlatdığı iqtisadi savaşa münasibət bildirərkən deyib. Ərdoğan ABŞ istehsalı olan bəzi malları boykot edəcəklərini də bildirib.

“İqtisadiyyatın tələb etdiyi tədbirləri görmüşük, görürük. Xəzinə və maliyyə nazirliyimiz, bütün müvafiq qurumlarımız gecə gündüz çalışırlar. Biz də bütün prosesi yaxından təqib edirik. Mənə görə əsl əhəmiyyətli olan məqam siyasi mövqeyimizi möhkəm saxlamaqdır. Bir halda ki, məruz qaldığımız təcavüzün iqtisadi əsasları yoxdur, işin arxasında başqa niyyətlər var.

Bunları deyərkən, iqtisadiyyat sahəsində bəzi problemlərimiz olduğu həqiqətini gizlətmirik. Lakin, bu hücumların siyasi niyyətini də dərk edirik.

Dollar lirə qarşısında 4,8 səviyyəsindən necə olur birdənbirə 7-yə qalxır? 15 iyul çevriliş cəhdindən saatlar öncə 2,8 səviyyəsində olan dollar iki ildə 4,8 səviyyəsinə qalxmasını necə izah edək? Ortada bir anormallıq var. Türkiyənin 1994 və 2001-ci il böhranında olduğu kimi bankları iflas etməyib. Bu gün ölkəmiz dünyadakı ən sağlam bank sistemlərindən birinə malikdir. Borclarımızı ahəngdar ödədiyimiz kimi, dövlət borc bazanın ödəməsi məsələsində Avropanın ən yaxşısıyıq. Həmd olsun, iqtisadiyyatımız ahəngdar işləyir. İxracda, turizmdə rekordlar qıran dövr yaşayırıq. Biz müharibə elan etdikmi? İşğalamı məruz qaldıq? Siyasi xaosmu yaşayırıq? Xeyr. Tam əksinə, öz torpaqlarımızda da, bölgədə də əmin-amanlığın, etimadın təminatı olan bir ölkəyik.

Elə isə bu problemə başqa nöqteyi-nəzərdən baxmaq məcburiyyətindəyik. Bizim gördüyümüz  budur. İşin iqtisadiyyat tərəfinin qlobal ölçüsü olduğu açıq şəkildə ortadadır. Amerika təkcə ölkəmizi deyil, Çindən Rusiyaya İrandan Avropaya qədər bir çox bölgəni iqtisadi baxımdan hədəf almış durumdadır. ABŞ Türkiyəni, öz strateji müttəfiqini hədəf alıb. Lakin, bizim də əlimizdə imkanlar var.

Amerikanın elektronika məhsullarına boykot tətbiq edəcəyik. Onların iPhonesi varsa, o biri tərəfdə Samsung var. Öz ölkəmizə Venus Vestel var. Biz bunları tətbiq edəcəyik ki,  nə edəcəyimizi anlasınlar. Bizim özümüzün iqtisadiyyatımız var. Olmayanı da istehsal edəcəyik. Xaricə pul verib gətirdiyimizin daha gözəlini istehsal edəcəyik.  Bu millət bunları etməyə qadirdir. Biz İHA-ları ABŞ-dan istədiyimiz zaman nə deyirdilər? “Konqres icazə vermir” deyirdilər. İndi bunları biz istehsal edirikmi? İstehsal edirik. Çətinliyimiz yoxdur. Həm də istədiyimiz qədər istehsal edirik. İndi də ixraca başlayırıq”– Ərdoğan belə deyib.

Comment here