GündəmManşetMANŞETÜSTÜ

Şok: Azərbaycanda icra başçısına sui-qəsd – Son durum

Şok: Azərbaycanda icra başçısına sui-qəsd – Son durum

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə axşam saatlarında silahlı hücum olunub.

Fakttv.com Axar.az-a istinadən xəbər verir ki, icra başçısına tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu və həbs edildiyi bildirilib.

Məlumata görə, sui-qəsd zamanı yaralanan Elmar Vəliyev Gəncə Klinik Xəstəxanasına yerləşdirilib və hazırda onun əməliyyatı davam edir. Rəsmi qurumlar başçının səhhətinin yaxşı olduğunu açıqlayıblar. İcra başçısının mühafizçəsi Qasım Aşbazov isə Gəncə Beynəlxalq Xəstəxanasında artıq əməliyyat edilib. Onun əməliyyatının uğurla tamamlandığı, həyatı üçün heç bir təhlükə olmadığı qeyd edilir.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

 

Comment here