DünyaMANŞETÜSTÜ

Soçidə təyyarə qəza enişi etdi: 18 yaralı var – Video

Soçidə təyyarə qəza enişi etdi: 18 yaralı var – Video

Soçidə təyyarə qəza enişi etdi: 18 yaralı var – Video

Moskvadan Soçi şəhərinə yola düşən “UTair” şirkətinə aid “Boeing 737” sərnişin təyyarəsi qəza enişi edib.
Fakttv.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvadan Soçiyə uçan təyyarə yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxaraq yanmağa başlayıb. Hadisə zamanı təyyarədə olan 164 sərnişindən 18-i yaralanıb, onlardan 3-ü uşaqdır.
Yanğının qarşısı alınıb, Hadisə zamanı təyyarənin ön hissəsinə ciddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Qəza ilə bağlı istintaq başlanılıb.

Comment here