ManşetMANŞETÜSTÜ

Siyavuş Novruzov qanuna dəyişiklik tələb etdi

Siyavuş Novruzov qanuna dəyişiklik tələb etdi

Siyavuş Novruzov qanuna dəyişiklik tələb etdi

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir”.

Avropa.info xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasında ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanunun 8-ci maddəsinə dəyişiklik etməyin zamanıdır:

“Bu maddə kimlərin siyasi partiya üzvü olmasını müəyyənləşdirir. Bu maddənin müəyyən hissəsi ədalətli olsa da, müəyyən hissəsində ədalətsizlik var. Hüquq-mühafizə orqanlarında, orduda, xüsusi xidmət orqanlarında çalışanların siyasi partiya üzvü olmaması anlaşılandır və bu, ədalətlidir. Lakin maliyyə, gömrük, dövlət televiziya və mətbu orqanlarında və digər sahələrdə çalışanların siyasi partiya üzvü olması düzgün yanaşma deyil. Məgər onlar hüquq-mühafizə orqanlarında çalışır ki, onların siaysi partiya mənsubiyyəti fəaliyyətinə mane olsun? Başqa bir məsələ də Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin siyasi partiya üzvü olması ilə bağlı qadağadır. Həmin adamlar partiya üzvü olsalar, təşkilata pul verəcək, yaxud kredit ayıracaqlar? Bu maddəyə dəyişiklik edilməlidir”.

S. Novruzovdiqqətə çatdırıb ki, müəyyən siyasi partiyalar öz maliyyə dövriyyələri barədə aidiyyatı orqan qarşısında hesabat vermir: “Məhz bunun nəticəsidir ki, son vaxtlar da maliyyələşmə ilə bağlı ciddi problemlər ortaya çıxıb. Bu da cəmiyyətdə siyasi partiyalar haqqında mənfi rəy formalaşdırmasına xidmət edir.  Hər bir siyasi partiya hesabatını həm ictimaiyyətə, həm də aidiyyatı orqana təqdim etməlidir”.

Mürtəza
Avropa.info

Comment here