ManşetMANŞETÜSTÜ

Siyəzəndə 16 yaşlı qızın meyiti kanaldan çıxarıldı

Siyəzəndə 16 yaşlı qızın meyiti kanaldan çıxarıldı

Siyəzəndə 16 yaşlı qızın meyiti kanaldan çıxarıldı

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Onun Şabranın Ağbaş kənd sakini, 2002-ci il təvəllüdlü Məcidova Mədinə Tahir qızı olduğu məlum olub.

Hadisənin səbəbləri araşdırılır.

*   *   *13:30

Samur-Abşeron kanalında qadın batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, aprelin 26-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Onun kimliyi dəqiqləşdirilir.

 

 

 

 

 

apa

Comment here