ManşetMANŞETÜSTÜ

Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdi

Şirkət siqaret çəkməyən əməkdaşlarına 6 günlük məzuniyyət verdiYaponiyada “Piala” adlı şirkət tütün çəkənlərə maraqlı şəkildə etiraz göstərib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, şirkətin siqaret çəkməyən əməkdaşları, siqaret çəkən həmkarlarının iş saatları ərzində tez-tez siqaret bəhanəsi ilə işdən yayındığını deyərək şikayət ediblər.

Şikayətdə qeyd olunur ki, binanın 29-cu mərtəbəsində yerləşən ofisdən aşağı düşüb siqaret çəkib qayıtmaq üçün ən az 20 dəqiqə vaxt lazımdır. Bunu gün ərzində 4-5 dəfə təkrarlayan həmkarlar işlərinə qeyri-ciddi yanaşmaqda ittiham ediliblər.

Şirkət sözçüsü Hirotaka Matsasuşa isə buna etiraz olaraq şirkətin siqaretdən istifadə etməyən əməkdaşlarına 6 günlük məzuniyyət verib.

Qaydalara görə, gün ərzində 6 saatdan çox çalışan işçilərə 20 dəqiqəlik fasilə icazəsi verilməlidir. Lakin bu yalnız bir dəfə üçün keçərlidir.

Comment here