DünyaManşetMANŞETÜSTÜ

Şimali Koreya ABŞ-la razılaşmadan geri çəkilir? – İstəmirik

Şimali Koreya ABŞ-la razılaşmadan geri çəkilir? – İstəmirik

Şimali Koreya ABŞ-la razılaşmadan geri çəkilir? – İstəmirik

Pxenyan hökuməti ABŞ-ın nüvə silahı məsələsindəki mövqeyindən məmnun deyil. Birtərəfli nüvəsizləşdirmə istəmirik.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya Xarici İşlər naziri Ri Yonq Ho Sinqapurda keçirilən ASEAN ölkələrinin iclasında deyib. O, Şimali Koreya lideri Kim Çen İnin 12 iyunda ABŞ Prezidenti Donald Trampla aralarında imzalanmış razılaşmaya əməl etdiyini, lakin ABŞ-ın mövqeyinin tərəflər arasında inamı sarsıtdığını deyib:

“ABŞ bizim narahatlığımızı aradan qaldıracaq addım atmadığı müddətcə birtərəfli olaraq gələcəyə istiqamətlənmiş işlər görməyəcəyik. ABŞ yalnız Şimali Koreyaya qarşı sanksiyaların qorunması məsələsində səsini qaldırır”.

ABŞ Dövlət katibi Mayk Pompeo isə Şimali Koreyanın nüvəsizləşdirmə müddətini tamamlaması baxımından müsbət fikirdə olduğunu deyib. O, Pxenyan hakimiyyəti üzərində siyasi və iqtisadi təzyiqlərin davam etdirilməsinin vacib olduğunu bildirib.

Comment here