ManşetMANŞETÜSTÜ

Seyid həbsxanaya dovğanın içində narkotik keçirmək istədi – Bakıda

Seyid həbsxanaya dovğanın içində narkotik keçirmək istədi – Bakıda

Seyid həbsxanaya dovğanın içində narkotik keçirmək istədi - BakıdaSabunçu Rayon Məhkəməsində həbsxanada cəza çəkən atasına narkotik vasitə keçirmək istəyən şəxsin məhkəməsi başlayıb.

Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Ağami MirMövsüm Seyid-Hüseyn oğlunun məhkəməsinə hakim Ziya Şirinov sədrlik edir.

Belə ki, 2017-ci ilin avqust ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirmehti oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsüm Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdən ümumi çəkisi 1.663 qram olan narkotik maddə – kokain aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə göndərilib.

mənbə: olke.az

Comment here