DünyaManşetMANŞETÜSTÜ

Sentyabrda Ərdoğan-Putin-Ruhani arasında növbəti görüş olacaq

Sentyabrda Ərdoğan-Putin-Ruhani arasında növbəti görüş olacaq

Sentyabrda Ərdoğan-Putin-Ruhani arasında növbəti görüş olacaq

Türkiyə, Rusiya və İran prezidentləri arasında növbəti üçüncü sammit sentyabr ayında Tehranda baş tutacaq.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə,Rusiya və İran liderləri növbəti görüşdə Suriya problemini müzakirə edəcəklər.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, növbəti Zirvə görüşündə hər üç ölkənin lideri Astana prosesi çərçivəsində Suriya münaqişəsinin həlli yolları müzakirə edəcəklər.

Zirvə toplantısı sentyabrın əvvəlində Tehranda baş tutacaq.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov isə bildirib ki, Tehranda üçtərəfli görüş çərçivəsində Putinlə Ərdoğan arasında təkbətək görüşü olacaq.

 

Comment here