ManşetMANŞETÜSTÜ

Seçkiqabağı terror və iğtişaşları “beşikdə boğan” 4 nazirdən – İlginc faktlar… – Özəl

Seçkiqabağı terror və iğtişaşları “beşikdə boğan” 4 nazirdən – İlginc faktlar… – Özəl

Seçkiqabağı terror və iğtişaşları “beşikdə boğan” 4 nazirdən

Azərbaycan dünyada ən sabit və təhlükəsiz ölkələrdən biridir. Dünyanın dörd bir yanında müharibələr, terror, xaos, göz yaşı, köç, əliyalın insanlara zülm var

FİA.Az xəbər verir ki, Azərbaycan hakimiyyəti isə ilk növbədə sabitlik və əmin-amanlığı ən yüksək səviyyədə təmin etməyə nail olub.

Bu siyasətin başında Ali Baş Komandan olmaqla bərabər güc strukturları və xüsusi xidmət orqanlarımızın rəhbərləri də dayanır.

Əksər ölkələrdə seçkilər ərəfəsində təxribatçı qüvvələr partlayışlar, iğtişaşlar törətməyə cəhd edir, seçki məntəqələrinə hücum olur, sabitliyi pozmağa çalışırlar. Azərbaycan isə bu mənaa nümunəvi idarəçiliklə seçilir.

Ölkənin hüquq-mühafizə orqanları istərsə adi günlərdə, istərsə beynəlxalq yarışlar, forumlar təşkil ediləndə, istərsə də seçkilərdə təhlükəsizliyi ən mötəbər səviyyədə təmin edirlər.

Analitiklər də sosial şəbəkələrdə tez-tez yazırlar ki, ölkənin güc strukturlarının çevikliyi, ayıq-sayıqlığı nəticəsində vətəndaşlarımız özlərini vətənində rahat, sərbəst hiss edirlər.

Buna görə də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyivə Baş Prokurorluq sayıqlığı əldən vermir.

DİN və DTX ölkə sərhədlərinə yaxınlaşmaq, ərazimizə daxil olaraq hansısa pozucu planlar həyata keçirmək istəyənləri dərhal zərərsizləşdirir, silahlı müqavimət göstərənləri yerindəcə məhv edir, Baş Prokurorluq və ümumilikdə istintaq orqanlarımız da hər zaman qanunsuzluğa qarşı mübarizə aparır.

Eləcə də MN düşmən ordusunun cəbhə xəttində pozuvu fəaliyyətini, atəşkəsə əməl etməməsini cavabsız qoymur və susdurur.

Ona görə də bu dörd strukturun əməkdaşları və onun rəhbərlərinin peşəkar fəaliyyəti nəticəsində Azərbaycan xalqı öz ölkəsində həm yarışlara, həm istirahətə, həm də seçkilərə azad, təhlükəsiz şəkildə gedirlər.

Eyni zamanda seçkiqabağı xarici təhlükələrin də qarşısının alınması istiqamətində koordinasiyalı işlər görülür.

Bu gün dövlət başçısının yürütdüyü düşünülmüş, məqsədyönlü və praqmatik siyasi kurs nəticəsində ölkəmizin gündən-günə genişlənən mənafe miqyasına və inkişaf tempinə uyğun olaraq təhlükəsizlik orqanlarının da maddi texniki bazası, kadr potensialı, təşkilati imkanları möhkəmlənir.

Məlum olduğu kimi, dünya praktikasında xüsusi xidmət orqanlarının təşkili baxımından ümumən iki model mövcuddur.

Birinci model bu orqanların bir struktur daxilində birləşməsini, ikinci model isə onların ayrı-ayrılıqda müstəqil qurum şəklində qarşılıqlı əlaqədə dövlət maraqları baxımından vahid hədəf uğrunda fəaliyyətini nəzərdə tutur.

Kəşfiyyat-pozuculuq, beynəlxalq terrorizm, ekstremizm, dini radikalizm və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizədə Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizin hüquq-mühafizə və digər aidiyyəti dövlət orqanları ilə çiyin-çiyinə, birgə əldə etdiyi nailiyyətlər Azərbaycanın mənafelərinin keşiyində ayıq-sayıqlığın və mübarizliyin əyani sübutudur.

FİA.Az xəbər verir ki, seçkilərdən sonra prezident kadr dəyişikliklərinə gedə bilər. Lakin hakim komanda dörd hüquq-mühafizə orqanı naziri dəyişməz olaraq qalacaq.

Çünki onlar həm də peşəkar fəaliyyəti ilə sabitliyin təminatçısı, xalqın və prezidentin etimad göstərdiyi dövlət xadimləridir.

Ona görə də Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Baş prokuror Zakir Qaralov və müdafiə naziri Zakir Həsənov vəzifəsini davam etdirməyə layiqdirlər.

Dünyada iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın sabitlik və təhlükəsizlik məkanı kimi qalmaqdadır.

İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur.

Qlobal maliyyə böhranının yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib.

Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaradıb.

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, sahibkarlığın inkişaf etdirilməsi mümkün olub.

Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lüzumsuz yoxlamaların aradan qaldırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir.

Azərbaycanda tam ictimai-siyasi sabitlik mövcuddur. Bu da onu deməyə imkan verir ki, Azərbaycanda normal və ədalətli seçkilərin keçirilməsi üçün şərait var.

Sərbəst toplaşma azadlığı Azərbaycan qanunvericiliyi çərçivəsində tam təmin edilib və bununla bağlı hər hansı bir nöqsan yoxdur.
Həm seçkiqabağı təşviqat dövründə, həm də digər dövrlərdə sərbəst toplaşma azadlığı təmin edilir.

Azərbaycanda seçkiqabağı mühiti sabit, demokratik və yüksək qiymətləndirilir. Hər şey sabit, öz axarı ilə gedir. Ölkədə ictimai-siyasi sabitlik var.

Seçkiqabağı bütün namizədlər üçün normal seçki mühiti yaradılıb, demokratik ab-hava hökm sürür. Seçki kampaniyası mövcud qanunvericilik və Konstitusiyaya uyğun şəkildə həyata keçirilir.

 Fakttv.com

Comment here