ManşetMANŞETÜSTÜ

Seçkini boykot edən Əli Kərimlinin mitinqinə cəmi 1500 nəfər qatıldı – (Yenilənib,Foto)

Seçkini boykot edən Əli Kərimlinin mitinqinə cəmi 1500 nəfər qatıldı – (Yenilənib,Foto)

Seçkini boykot edən Əli Kərimlinin mitinqinə cəmi 1500 nəfər qatıldı – (Yenilənib,Foto)

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

Əsasını Əli Kərimlinin rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyasının təşkil etdiyi radikal Milli Şura  Bakının mərkəzində növbəti aksiyasını keçirir.

Avropa.info xəbər verir ki, mitinq “İnşaatçılar” metro stansiyasının yaxınlığında “Məhsul” stadionunda keçrilir. Mitinqə heç bir maneə törədilmədiyi halda prezident seçkilərini boykot edən müxalifətin aksiyasında cəmi bir neçə yüz adam iştirak edir.

Comment here