Dünya

Savçenko Kiyevin Donbasla bağlı səhvini açıqladı

Kiyev Donbasdakı iqtisadi zonanı nəzarətdə saxlamalı idi.

Huquqaz.com  xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının sabiq deputatı Nadejda Savçenko deyib.

“Hər şey əvvəldən səhv oldu. Anlamalısınız ki, Ali Radanın əvvəlki çağırışlarında biz belə etməmişdik. Biz belə bir prosesi qaçırmışıq. Donbas qrivna ilə təmin olunmalı idi ki, ora rubl daxil olmasın. Blokada yaratmaq yox, bu zonada iqtisadiyyatı, energetikanı dəstəkləmək lazım idi”, – deyə Savçenko bildirib.

Comment here