DünyaManşetMANŞETÜSTÜ

Sarkisyan partiya sədrliyindən istefa verdi, Nalbandyan təcili Moskvaya qaçdı

Sarkisyan partiya sədrliyindən istefa verdi, Nalbandyan təcili Moskvaya qaçdı

Sarkisyan partiya sədrliyindən istefa verdi, Nalbandyan təcili Moskvaya qaçdı

Ermənistanın sabiq baş naziri Serj Sarkisyan hakim Respublika partiyasının da sədrliyindən getmək qərarı verib.

Avropa.info xəbər verir ki, bu barədə dünən axşam Sarkisyan və baş nazir vəzifəsini icra edən Karen Karapetyanın fraksiyadan olan deputatlarla görüşündən sonra məlum olub.

“Ermənistanın Respublika partiyasının yeni sədrinin seçilməsi ilə bağlı müzakirələrin aparılması ilə bağlı razılıq əldə olunub” – görüşün nəticələrinə dair açıqlamada belə deyilir.

Serj Sarkisyan partiya rəhbərliyindən istefasının səbəbini ölkədə daxili sülh və stabilliyin saxlamaq şəklində izah edib.

***

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan dünən axşam Moskvaya uçub.

Avropa.info xəbər verir ki, bu barədə siyasi dairələrə istinadən “İnterfaks” agentliyi məlumat yayıb.

Ermənistan XİN mətbuat katibi Tiqran Balayan nazirin xarici ezamiyyətə çıxdığımı təsdiqləyib, ancaq istiqaməti bildirməyib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin həmkarı prezidenti Armen Sarkisyana zəng edərək Ermənistanda baş verənləri müzakirə etmişdi.

Comment here