ManşetMANŞETÜSTÜ

“Şap elə bilir Şupdadı Şup elə bilir Şapdadı”…ABŞERONDA ÖZBAŞNALIQ

“Şap elə bilir Şupdadı Şup elə bilir Şapdadı”…ABŞERONDA ÖZBAŞNALIQ

Bir neçə vaxt bundan öncə Abşeron ərazisi Türkan şosesində 25 hektarlıq vətəndaşlara məxsus yerin hasarlanması ilə bağlı Xəbəral.az saytında geniş yazı dərc etmişdik.

Çox maraqlıdır bəs niyə görə Abşeron icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov bu məsələyə biganə yanaşırlar?
Bu qədər haqsızlığa göz yuman hər iki icra hakimiyyəti baçılarının bu cür yanaşmasından belə nəticə hasil olurki, lazımınca “görüm baxım” olunan başçılar laqeyid şəkildə şəhid ailələri və Türkan sakinlərinə məxsus 25 ha torpaq sahəsi küllü miqdarda satılaraq bəzi qolu zorlu qoçuların ixtiyarına verilib.Bəs bizim qanunlarımız?
Cənab prezidentimiz İlham Əliyev dəfələrlə öz çıxışlarında icra başçılarına xəbərdarlıq etsədə hələdə bu xəbərdarlığa məhəl qoymayan məmurlarımız az deyil

Mətbuatın yazmağına, ölkə başçımızın çıxışına məhəl qoymayan icra başçıları İradə Gülməmmədova və Gülağa İslamovlar bu qədər insanların qanuni torpaqlarının bir dəstə qoçulara qanunsuz şəkildə sataraq öz sərin otaqlarından kənara belə çıxmaq istəmirlər.

Vətəndaşlar bildirir ki, Xəzər rayonu Türkan icra nümayəndəsi Hacı Rahilə bu işdə yüksək səviyyədə “görüm baxım” olunub. Belə ki, qanunsuz hasarlanma gedən həmin əraziyə şəxsən Hacı Rahil özü nəzarət edir.

Dəfələrlə öz avtomobili ilə tikinti aparılan əraziyə gələrək qanunsuz hasarlanma işləri görən şəxslərlə səmimi söhbətləri, onlara yaxınlığı ondan xəbər verir ki, Xəzər rayon icra başçısı Gülağa İslamov və Abşeron icra başçısı adı çəkilən ərazini birgə satıblar

İnzibati ərazi Xəzərin, qanunsuz sənəd verən isə Abşeron icra hakimiyyəti.
Belə çıxır ki,Əmlak Məsələləri Üzrə Dövlət komutəsinin sədri Kərəm Həsənovada buradan lazımı qədər pul çatıb

Çatmayıbsa niyə qanunsuz sənədləri məhz bu qurum verib?

Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar Kərəm Həsənovdan bu qanunsuzluğa son qoymağa çağırış edib, günahsız torpaq sahiblərini öz atababa torpaqlarını onlara qaytarmaqlarını xaiş edirlər. Qaldı ki, Abşeron icra hakimiyyəti və Xəzər icra hakimiyyətinə, ümid edirlər ki, bu özbaşnalığa dur deyən olacaq , hər şey qanuni şəkildə öz yerini tapacaq
Onuda nəzərinizə çatdıraq ki, qanunsuz 25 ha torpaqları hasarlanan sakinlər Cənab prezidentə, 1-ci Vitse prezidentə və aidiyyatı qurumlara rəsmi müraciətlər edəcəklər.

Ümid edirik Prezident mühafizəsinin rəisi General Bəylər Əyyubovun, Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun, Bəylər Əyyubovun digər qohumu General Ramin müəllimin və Abşeron icra başçısı İradə xanım Gülməmmədovanın adları hallanan bu qanunsuz hasarlanma işlərinə nəzarət edən bəzi Abşeron icra hakimiyyətinin rəsmilərinin bu zəhmətkeş insanlara rəhimləri gəlib, Hövsan sakini, dəfələrlə bu cür “qəhramanlığına” görə həbsdə olan (Hacı)Qara adla muzdlunun qanunsuz işinə son qoyulacaq

Çox güman ki, aidiyyatı qurumlar bu haqsızlığa son qoyub vətəndaşların problemlərinə müsbət münasibət bildirəcəklər.

XəbərAl.az
Fakttv.com

Comment here