Manşet

Sabirabadda piyadanın ölümü ilə nəticələnən qəza

Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.

90 UU 813 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili  yolu keçən Hacıbəbir kənd sakini 1953-cü il təvəllüdlü  Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Comment here