MANŞETÜSTÜ

Sabirabadda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Sabirabadda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Comment here