ManşetMANŞETÜSTÜ

Sabiq polis rəisi Xoşqədəm Hidayətqızının verilişini yıxıb-sürüdü

Sabiq polis rəisi Xoşqədəm Hidayətqızının verilişini yıxıb-sürüdü

Sabiq polis rəisi Xoşqədəm Hidayətqızının verilişini yıxıb-sürüdü“Səni axtarıram” verilişi nə verilişdir ki, xalq oraya üz tutsun?

Xəbər verdiyimiz kimi, dekabr ayının əvvəlində “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində ölkə gündəmini silkələyən cinayətin üstü açıldı. Salyan sakini Mehparə Əliyevanın dörd qızı – İradə, Rəqibə, Sevda və Ümidə ilə həyat yoldaşı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxdı.

Polisin illərlə üstünü aça bilmədiyi bu cinayətin aparıcı X.Hidayətqızının verilişində işıqlandırılması böyük rezonans doğurdu. Yerli mətbuatda yazılanlara görə, daxili işlər naziri Ramil Usubov Salyanda baş verən bu dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu vəzifəsindən azad etdi.

FAKTTV Sonxeber.aza-istiadə bildirir ki, bütün bu iddialarla bağlı xeber.news-a danışan sabiq polis əməkdaşı, hüquqşunas, ekspert Şəmsəddin Əliyevl X. Hidayətqızının verilişini tənqid atəşinə tutub:

O, açıqlamasında sözügedən verilişdə etik normalara sığmayan fikirlərin səsləndiyini dilə gətirib:

“Sözügedən cinayət hadisəsinin Xoşqədəm Hidayətqızının verilişində açılmasına münasibətim birmənalı deyil. Hüquqşünaslıq bir tərəfə, bir tamaşaçı kimi o verilişə iradım var. Xoşqədəm xanım həm hakim, həm prokuror, həm polis rəisidir. Belə veriliş olmaz. Camaatın uşağın anasından alıb, atasına verir, atasından alıb anasına verir. Hamı da uşağın qucağına alıb Xoşqədəmin verilişinə gedir. O verilişdə o qədər qeyri etik normalar səslənir ki, adam məəttəl qalır. “Səni axtarıram” verilişi nə verilişdir ki, xalq oraya üz tutsun? Oraya gedincə hüquq mühafizə orqanlarına müraciət etsələr, onlar da şahidi olduqları cinayəti polisə bildirsələr və polis orqanlarına köməklik göstərsələr belə hadisələrin hamısı həllini tapar və üstü açılmayan cinayət qalmaz”.

Comment here