GündəmManşet

Sabah Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

Sabah Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Avropa.info-nun Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.

Comment here