ManşetMANŞETÜSTÜ

Saakaşviliyə bu ölkənin şəxsiyyət vəsiqəsi verildi

Saakaşviliyə bu ölkənin şəxsiyyət vəsiqəsi verildi

Saakaşviliyə bu ölkənin şəxsiyyət vəsiqəsi verildiGürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Sonxeber.az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

“Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, – M.Saakaşvili yazıb.

Eyni zamanda, o Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.

Comment here