ManşetMANŞETÜSTÜ

Saakaşvili söz verdi: Hamısını məhv edəcəm

Saakaşvili söz verdi: Hamısını məhv edəcəm

Saakaşvili söz verdi: Hamısını məhv edəcəm

Tezliklə bütün feodalları məhv edərək Gürcüstana geri qayıdacağam.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yayımladığı video-müraciətdə deyib.

Video-müraciət Acariyada Aslan Abaşidze rejiminin devrilməsinin 14-cü ildönümünə həsr olunub.

“Əlbəttə, əziz acarlar və Gürcüstanın bütün vətəndaşları mən sizi Amsterdamdan deyil, birbaşa Batumidən təbrik etməyə şad olardım”, – Saakaşvili bildirib.

O, tezliklə Gürcüstana qayıdacağını və Acarıstanı idarə edən feodallara son qoyacağını bildirib. Saakaşvili regionun “yoxsulluqdan uzaqlaşmaq” üçün turizm sahəsində daha səmərəli bir siyasətə ehtiyac duyduğunu vurğulayıb.

“Mənim böyük planlarım var. Mütləq tezliklə gələcəm”, – siyasətçi əlavə edib.

Comment here