ManşetMANŞETÜSTÜ

Sərkisyan təcili Moskvaya getdi: general isə ondan üz döndərdi

Sərkisyan təcili Moskvaya getdi: general isə ondan üz döndərdi

Sərkisyan təcili Moskvaya getdi: general isə ondan üz döndərdi

Robert Köçəryan və Serj Sərkisyan Ermənistanı təcili tərk ediblər.

Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Eks-prezidentlərin Moskvaya getdiklərini bildirib. Onların Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Köçəryan və Sərkisyanın bu qərarı, görünür, o qədər də gözlənilməz olmayıb. Sərkisyanın parlamentdəki baş nazir seçkisindən bir gün öncə Respublika Partiyasının deputatları ilə görüşməsi və onları Nikol Paşinyana səs verməməyə çağırması bu səfərin baş tutacağını təxmin etməyə imkan verirdi. Artıq dünəndən etibarən müxalif qəzetlər hökumətin aktiv olaraq növbədənkənar seçkiyə hazırlaşdığı haqqında məlumat yayır. Seçkidə Paşinyana respublikaçıların səs verməməsi bu məlumatların həqiqət olduğuna ciddi əsaslar verir.

Paşinyanın isə dünənki seçkidən dərhal sonra xalqa müraciətində hər kəsi genişmiqyaslı etirazlara çağırdı. Paşinyan ilk dəfə olaraq çıxışı zamanı etirazçıların öz etdiklərinə görə vətəndaşlardan üzr istəməmələri gərəkdiyini bildirdi:

“Baş verənlərə, yaratdığını narahatlıqlara görə əhalidən üzr istəməyin. Ona görə ki, aktivistlərin fəaliyyətindən narahat olan vətəndaşların sayı bundan sonra barmaqla sayılacaq qədər olacaq. Bunlar Armen Aşotyan, Ara Babloyan və Vaqram Baqdasaryandır”.

Dünən həmçinin Respublika Partiyasının fəal üzvlərindən olan Feliks Çolakyan da partiyadan imtina etdi. Çolakyan Şirak vilayətinin keçmiş qubernatoru və deputatdır. Çolakyanın rəhbərlik etdiyi vilayətdə Rusiyanın hərbi bazası yerləşir və bu da onun sadə siyasətçi olmadığını göstərir. Çolakyan həm də ehtiyatda olan general-leytenantdır. O, bir müddət Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin müavini kimi çalışıb.

İrəvandakı hakim rejimin dünənki qərarından sonra daha bir bəyanat isə Avropa Birliyindən gəlib. AB yenidən demokratik Ermənistanı dəstəklədiyini bəyan edib. Rəsmi Brüssel budəfəki bəyanatında da konkret mövqe ortaya qoymayıb.

Qeyd edək ki, dünən Ermənistan parlamentində keçirilən seçki zamanı Nikol Paşinyan baş nazir seçilməyib. Paşinyanın lehinə 45, əleyhinə isə 56 deputat səs verib. Hakim Respublika Partiyası Paşinyanı dəstəkləməkdən imtina edib.

Axar.az

Comment here