Dünya

Sərkisyan: Ermənistan prezident idarəçiliyinə keçməlidir

Ermənistan gərək Konstitusiyaya dəyişiklik edib, yenidən prezident idarəçiliyi olan respublikaya çevrilsin və hər kəs üçün daha müəyyən olunan ölkə olsun.

Huquqaz.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan deyib.

“Əminəm ki, bizim ilk növbədə İT sahəsində böyük inkişaf potensialımız var, lakin bundan öncə biz gərək konstitusiyanı dəyişək, prezident idarəçiliyinə qayıdaq. Hazırkı konstitusiya ilə Ermənistan nə prezident, nə də parlamentli respublikadır. Belə çıxır ki, insanların böyük hakimiyyəti var, amma məsuliyyəti yoxdur”, – deyə o bildirib.

Comment here