ManşetMANŞETÜSTÜ

“Səni bir zənglə götüzdürərəm” – Azərbaycan efirində biabırçı QALMAQAL / VİDEO

“Səni bir zənglə götüzdürərəm” – Azərbaycan efirində biabırçı QALMAQAL / VİDEO

"Səni bir zənglə götüzdürərəm" - Azərbaycan efirində biabırçı QALMAQAL / VİDEOARB kanalında yayımlanan “Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.

Sonxeber.az ölke.az-a istinadən xəbər verir ki, verilişin qonaqları olan yazıçı-kultroloq Aydın Xan ilə falçı Bayram arasında mübahisə yaranıb. Aydın xanın haqlı iradına etiraz edən falçı “Səni bir zənglə götüzdürərəm” deyib.
Aparıcı tərəfləri sakitləşdirmək istəsə də, falçı studiyadan çıxaraq mobil telefon vasitəsilə zəng etməyə çalışıb. Amma kanalın işçiləri onu sakitləşdirərək studiyaya qaytarıblar.

Mübahisə bundan sonra daha da qızışıb. Aydın xan Bayramı “gədə” adlandırıb. Bundan sonra onların arasındakı mübahisə daha da şiddətlənib, falçı Bayram “gədə” sözünə görə yazıçını məhkəməyə verib 100 min manat təzminat istəyəcəyini bildirib. Rövşanə isə “Onda yüz min manat haradandır” deyib.

Paylaş:Fakttv.com

Comment here