Hadisə

Şəmkirdə qadının hovuzda boğulmasının təfərrüatı məlum olub

Şəmkir rayonunun Yeniabad kəndindəki istixanaların birinin hovuzunda boğulan qadının şəxsiyyəti və hadisənin təfərrüatı məlum olub.

 

“Huquqaz.com”un Qərb bürosunun məlumatına görə, bu, 1969-cu il təvəllüdlü Tatyana Əliyevadır.

 

Hadisə qadın istixananın hovuzunun yaxınlığından keçərkən baş verib. O, ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

 

Faktla bağlı araşdırma aparılır.

Comment here