DünyaManşetMANŞETÜSTÜ

Şəhzadə Salmandan Almaniyaya böyük şok – 800 alman şirkəti ilə əlaqələri dayandırdı

Şəhzadə Salmandan Almaniyaya böyük şok – 800 alman şirkəti ilə əlaqələri dayandırdı

Şəhzadə Salmandan Almaniyaya böyük şok – 800 alman şirkəti ilə əlaqələri dayandırdı

Almaniyada dərc olunan həftəlik xəbər jurnalı Der Spiegele görə Səudiyyə Ərəbistan, Berlinin Yaxın Şərq siyasəti səbəbilə Alman şirkətləri ilə biznes əlaqələrini dondurdu. Jurnalın xəbərində Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın bu barədə hökumətə tapşırıq verdiyi qeyd olunub.

Avropa.info xəbər verir ki, Ər-Riyadın bu qərarından xüsusilə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi ilə sıx iş əlaqəsi olan Simens, Bayer və Boehringer kimi şirkətlərin əziyyət çəkəcəyi bildirilir.

Ər-Riyad və Ciddədəki  daşıma xidmətləri üçün yüzlərlə Mercedes markalı avtobus sifarişi alan Alman avtomobil şirkəti “Daimler”in də qərardan əziyyət çəkənlər arasında olduğu ifadə edilir.

Məsələ ilə bağlı informasiya agentliyi Reutersın suallarını cavablandıran “Daimler”in sözçüsü isə “Spiegelin xəbərini təsdiq edə bilmərik, bizim işlərimiz normal axarında davam edir” şəklində danışıb. Simens, Bayer və Boehringer şirkətlərinin isə izah etmək istəmədiyi bildirilib.

Məlumata görə, Səudiyyə Ərəbistanda təxminən 800 Alman firması fəaliyyət göstərir. Alman şirkətlərinin ötən il Səudiyyə Ərəbistanına 6 milyard 6 milyon Avro həcmində ixrac etdiyi bildirilir.

 

Avropa.info

Comment here