ManşetMANŞETÜSTÜSiyasət

Səfir: “Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək”

Səfir: “Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək”

Səfir: “Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək”

Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək.

Fakttv.com Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

M.Boçarnikovun sözlərinə görə, Rusiya digər ölkələri əməkdaşlıq istiqamətlərinin seçimi qarşısında qoymur:

“Biz heç vaxt heç kimi seçim qarşısında qoymağa cəhd etməmişik. Rusiya və Azərbaycan suveren, dayanıqlı, sabit müstəqil dövlətlərdir və özləri beynəlxalq arenada öz dostlarını müəyyən etmək gücündədir. Fikrimcə, Rusiya mümkün olan hər şeyi edəcək ki, Azərbaycanla münasibətlərimiz möhkəmlənsin və daha da sıx olsun”.

Bundan başqa, səfir Rusiya və Azərbaycanın ünvanına səsləndirilən hücumları şərh edib:

“Biz hesab edirik ki, birqütblü yanaşma artıq köhnəlib. Dünyada çoxlu təsir mərkəzləri var və onlar öz münasibətlərini öz maraqlarına uyğun qurur. Hesab etmirəm ki, Azərbaycana hansısa təsir o qədər güclü olsun ki, ölkə öz suverenliyinə uyğun olmadan hərəkət etsin”.

Comment here