ManşetMANŞETÜSTÜ

Rusiyasız Ermənistanın yalnız bir ssenarisi ola bilər: Qarabağın qaytarılması

Rusiyasız Ermənistanın yalnız bir ssenarisi ola bilər: Qarabağın qaytarılması

Rusiyasız Ermənistanın yalnız bir ssenarisi ola bilər: Qarabağın qaytarılması

BNE IntelliNews nəşri gürcü eksperti, 2014-2017-ci illərdə müstəqil kəşfiyyat-analitik agentliyi Stratfor-da regional analitik işləmiş Emil Avdalianinin təhlili materialını dərc edib.

Virtualaz.org-un məlumatına görə, “Ermənistan düşmənlərlə mühasirəyə alınıb. O, balansın saxlanılması üçün Rusiyaya ehtiyac duyur” adlı analizində Emil Avdaliani Ermənistanda son hadisələri nəzərə alaraq göstərir ki, Yerevana “Rusiyadan məsafə saxlamaq çətin olacaq, çünki ölkə ona dost olmayan iki dövlətin-Türkiyə və Azərbaycanın arasında yerləşir”.

“Rusiyanın hərbi köməyi və diplomatik dəstəyi olmadan Ermənistanın işğal edilmiş ərazilərdə mövcud status-kvonu saxlaması çətin olacaq… Bakının aktivləşməsi məsələsində qərarsızlığın təzahürü üçün daha az əsas olacaq, Türkiyə isə öz müttəfiqi Azərbaycanı dəstəkləyir, hərbi planda olmasa da, bütün başqa münasibətlərdə.

…Rusiyanın Ermənistana köməyinin daha lazım olmayacağı yalnız bir ssenari halında mümkündür. Və bu ssenari Dağlıq Qarabağ məsələsində status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini və işğal edilmiş ərazilərdən Ermənistanın silahlı qüvvələrinin çıxarılmasını nəzərdə tutur.

Ermənistanın geosiyasəti qırılmaz tellərlə ölkədəki daxili vəziyyətlə bağlıdır. Keçmişdə ölkədəki daxili siyasi böhranlar Dağlıq Qarabağda təmasın xəttindəki gərginliyin gücləndirilməsi ilə müşayiət olunurdu”, – deyə müəllif vurğulayıb.

Comment here