DünyaManşetMANŞETÜSTÜ

Rusiyalı general Türkiyənin müdafiəsinə qalxdı: “Bu ədəbsizlik, təkəbbür və təzyiqin təzahürüdür”

Rusiyalı general Türkiyənin müdafiəsinə qalxdı: “Bu ədəbsizlik, təkəbbür və təzyiqin təzahürüdür”

Rusiyalı general Türkiyənin müdafiəsinə qalxdı: “Bu ədəbsizlik, təkəbbür və təzyiqin təzahürüdür”

ABŞ Dövlət Departamentinin Türkiyənin Rusiyadan S-400 müdafiə zenit raket kompleksini almasına etirazı Moskvanın qəzəbinə səbəb olub.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin keçmiş rəisi general-polkovnik Leonid İvaşov Ağ Evin bu mövqeyinə etirazını bildirib.

“Bu ədəbsizlik, təkəbbür və diktənin təzahürü olduğundan, buna mane olmaq lazımdır. ABŞ-ın Rusiya-Türkiyə münasibətlərinə qarışmasına haqqı çatmır”- deyə, general qeyd edib.

Rusiyalı general əlavə edib ki, mütəxəssislər bu istiqamətdəki fəaliyyətini davam etdirəcək: “Türkiyə də daxil olmaqla bir sıra digər ölkələrlə də bu istiqamətdə ciddi əməkdaşlığımız mövcuddur”.

ABŞ-ın Türkiyəyə S-400 zenit raket komplekslərinin satmasına qarşı çıxmasının səbəbini açıqlayan İvaşov deyib ki, əsas hədəf Rusiyanı dünya silah bazarından sıxışdırıb çıxarmaqdır.

“Bu gün Rusiyanı sıxışdıran sabah mütləq Türkiyəni sıxaraq, öz ərazisində necə hərəkət etməyi, digər ölkələrlə münasibətləri necə qurmağı diktə edəcək. Ona görə də müstəqilliyi və beynəlxalq münasibətlərdəki əlaqələrdə bərabər hüquq prinsipinə əsaslanaraq, sərt və qətiyyətli formada müdafiə etmək lazımdır”- rusiyalı general bildirib.

 

Comment here