ManşetMANŞETÜSTÜ

Rusiyadan açıqlama: O qadın rus casusudursa…

Rusiyadan açıqlama: O qadın rus casusudursa…

Mariya Butinin Rusiya vətəndaşı olması təsdiqlənərsə, ölkəmiz onu qoruyacaq.

Fakttv.com Axar.az-a istiadən xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib. O bildirib ki, Vaşinqton Butinin saxlanılması barədə Moskvaya rəsmi şəkildə məlumat göndərməlidir.

Kosaçev əks halda qarşı tərəfin beynəlxalq hüquq normalarını pozmuş olacağını bəyan edib.

Qeyd edək ki, dünən ABŞ Ədliyyə Nazirliyi Mariya Butin adlı rusiyalı casusun saxlanılması barədə məlumat yayıb.

Fakttv.com

 

Comment here