GündəmHadisəMANŞETÜSTÜ

Rusiyada üç azərbaycanlıya hökm oxundu

Rusiyada üç azərbaycanlıya hökm oxundu

Rusiyanın Bryansk bölgəsində üç nəfər Azərbaycan vətəndaşı sərhədi qanunsuz keçməkdə təqsirli bilinib.

Fakttv.com Rusiya KİV-ə istinadla xəbər verir ki, təqsirli şəxslər saxta pasportlarla Bryansk vilayətinə keçməyə çalışıb.

Bundan əvvəl onlar arzuolunmaz şəxs qismində Azərbaycana deportasiya edilib. Yeni ad və soyad ilə saxta pasportlar hazırlayan şəxslər 2018-ci ilin aprelində Rusiyaya gəlməyə cəhd edib. Onlar Azərbaycandan təyyarə ilə Belarusa, oradan isə avtomobil ilə Rusiyaya daxil olmağa çalışıb.

Zlınkov rayonunun “Krasnıy Kamen” keçid məntəqəsində özlərini şübhəli apardıqları üçün saxlanılıb.

Məhkəmənin qərarı ilə, onların hər biri 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Comment here