DünyaManşetMANŞETÜSTÜ

Rusiyada köpək balığı dayverə hücum edib – VİDEO

Rusiyada köpək balığı dayverə hücum edib – VİDEO

Rusiyada köpək balığı dayverə hücum edib – VİDEO

Rusiyanın Primorski diyarı sahillərində keçirilən sualtı ov çempionatının iştirakçısına köpək balığı hücum edib.

Hadisə Böyük Pyotr körfəzindəki Jeltuxin adası yaxınlığında lakedra balığı ovlayan zamanı baş verib.

Dayver üzərindəki silahla balığı vurub, lakin onu köpək balığı götürmək istəyib. Yırtıcı idmançını kürəyindən dişləsə də, kişi xəsarət almayıb.

“O kömək çağırdı, kater yaxınlaşdı, yalnız bundan sonra köpək balığı uzaqlaşdı”, – deyə vilayətin Sualtı İdman Federasiyasının prezidenti Dmitri Anaşkin bildirib.

Onun sözlərinə görə, bu, 2,5 uzunluğunda siyənək köpək balığı olub.

 

 

report

Comment here