DünyaManşetMANŞETÜSTÜ

Rusiyada autizm xəstəsi olan üç uşaq yanğında ölüb

Rusiyada autizm xəstəsi olan üç uşaq yanğında ölüb

Rusiyada autizm xəstəsi olan üç uşaq yanğında ölüb

Volqoqradın Olxovsk rayonunda autizm xəstəliyindən əziyyət çəkən üç uşaq yanğında ölüb.

Trend-in məlumatına görə, Rusiya İstintaq Komitəsi bildirib ki, hadisə zamanı 3 qardaş – 11 yaşlı əkizlər və 12 yaşlı uşaq dünyasını dəyişiblər. Məlumatda qeyd olunur ki, uşaqlar evdə anasız olublar, uşaqların 25 yaşlı böyük qardaşları da yanğında onlara yardım edə bilməyib.

Olxovsk rayon rəhbərliyi bildirib ki, böyük oğul da daxil olmaqla ailənin bütün uşaqları zehni inkişafdan geri qalıblar:

“Yanğında dünyasını dəyişən uşaqlar əlil idilər. Onlar hətta təhsillərini də evdə alırdılar. Xəstəlik səbəbindən onlar hadisəni düzgün analiz edə bilməyiblər, anlamayıblar ki, evdən çıxmaq lazımdı. Biz sonunadək ümid edirdik ki, onlar evdən çıxıb hardasa gizləniblər. Böyük qardaşları da əlil olduğundan uşaqlara yardım edə bilməyib”.

Comment here