ManşetMANŞETÜSTÜ

Rusiyada aksiyalarda 1000-dən çox etirazçı saxlanılıb

Rusiyada aksiyalarda 1000-dən çox etirazçı saxlanılıb

Rusiyada aksiyalarda 1000-dən çox etirazçı saxlanılıb

Moskva polisi Rusiya paytaxtının Puşkin meydanında razılaşdırılmamış mitinq iştirakçılarından 1000 nəfərdən çoxunun saxlanılması barədə məlumat yayıb.

Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, saxlanılanlar polis şöbələrinə çatdırılıblar.

“Saxlanılanların barəsində qanunla müəyyən olunmuş şəkildə məsuliyyətə cəlb olunma məsələsi həll olunur”, – polis təmsilçisi bildirib.

*   *   *17:06

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb. Bu barədə Qazeta.ru xəbər verir.

Saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları meqafonlar vasitəsilə aksiyanın qeyri-qanuni olduğuna dair xəbərdarlıq edir və toplaşanların dağılışmasını tələb edirlər. Polisin bir neçə nəfəri saxladığı da bildirilir.

Qeyd edək ki, bu gün Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları tərəfindən icazəsiz mitinqlər keçirilir.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təntənəli andiçmə mərasimi olacaq.

*   *   *13:09

Aleksey Navalnının qərargahından verilən məlumata əsasən, Yakutsk şəhərində keçirilən mitinqdə 75 nəfər polis tərəfindən saxlanılıb.

Mənbə bildirir ki, polis avtobusu həbs edilənlərlə dolu olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının güc tətbiq etdiyi əlavə olunur.

Hazırda saxlanılarların polis şöbəsində olduqları əlavə edilib.

Начались задержания участников митингов по всей России. В Якутии задержан член

*   *   *11:51

Tomsk şəhərində də aksiyaya 300 nəfərə yaxın etirazçı toplaşıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, mitinq şəhər hakimiyyəti ilə razılaşdırılmasa da, polis aksiyanın gedişinə müdaxilə etməyib.

Bildirildiyinə görə, Tomskda bu gün qar yağır, havanın temperaturu 0 dərəcədir.

Посмотреть изображение в Твиттере

Посмотреть изображение в Твиттере

*   *   *10:49

Rusiyanın Novosibirsk şəhərində “O bizə çar deyil” mitinqi başlayıb. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Ob çayının sahilində keçirilən aksiyaya 300 nəfərə yaxın etirazçı toplanıb.

Bildirildiyinə görə, yağan yağış aksiyada daha çox adamın iştirakının qarşısını alıb, lakin yerli sakinlər III Aleksandrın heykəlinin qarşısına toplaşmaqda davam edirlər.

Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılmayıb. Meriya aksiya iştirakçılarına saat 15:00-da yürüş keçirməyə icazə versə də, müxalifət nümayəndələri bununla razılaşmayıblar.

Meydanda polis əməkdaşlarının növbə çəkdiyi, iki polis avtobusunun dayandığı qeyd olunur.

Xatırladaq ki. aksiya müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil edilib və Rusiyanın bir çox şəhərlərində keçiriləcək..

Comment here