DünyaManşetMANŞETÜSTÜ

Rusiya Ermənistanda genişmiqyaslı hərbi təlimlərə başladı

Rusiya Ermənistanda genişmiqyaslı hərbi təlimlərə başladı

Rusiya Ermənistanda genişmiqyaslı hərbi təlimlərə başladı

Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazasının 3 mindən artıq hərbçisinin iştirakı ilə taktiki hərbi təlimlərə başlanılıb.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsi məlumat yayıb.

Ermənistandakı Rusiya hərbi bazası həyəcan siqnalı ilə taktiki təlimnlərə start verib.

Təlimlər iyulun 28-dək davam edəcək. Təlimlərdə 500-dək hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemi, qırıcı təyyarələr və pilotsuz aviasiya iştirak edəcək.

Hərbi bazanın motoatıcı, tank, artileriyya, və mühəndis birlikləri təlim mərkəzinə gediblər. Hava hücumundan müdafiə sistemi avtomobil və zirehli texnika karvanının hərəkəti düşmən tərəfindən edilən şərti hücumdan müdafiə edəcək.

Avtomobil və zirehli texnika karvanını Miq-29, Mi-24 və Mi-6MTŞ hərbi vertolyotları müşaiyət edəcək. Pilotsuz uçan aparatlar isə döyüş təlimini havadan videogörüntüsünü çəkəcək.

 

Comment here