ManşetMANŞETÜSTÜ

Rusiya ABŞ-ın dağıtdığı ərazilərin fotosunu yaydı – Foto

Rusiya ABŞ-ın dağıtdığı ərazilərin fotosunu yaydı – Foto

Rusiya ABŞ-ın dağıtdığı ərazilərin fotosunu yaydı – Foto

Rusiya Müdafiə Nazirliyi ABŞ rəhbərliyi altında koalisiya qüvvələrinin Suriyanın Rakka şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində meydana gələn dağıntıların görüntüsünü yayımlayıb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, yaşayış məkanlarının dağıdılmasını təsdiq edən fotolarda məscidlərin, xəstəxanaların və məktəblərin də bombalanması əks olunub.

Məlumatda həmçinin o da qeyd edilib ki, Rakkada vəziyyət olduqca qarmaqarışıqdır və insanlar üçün nəzərdə tutulan humanitar yardımın çatdırılması çətinləşib.

Hər həftə mina partlaması nəticəsində 30 nəfərin həyatını itirdiyini qeyd edən nazirlik 2017-ci ilin oktyabrından 2018-ci ilin martına qədər minanın partlaması səbəbindən ölkədə 130 nəfərin öldüyünü, 658 nəfərin isə yaralandığını bildirib.

Comment here