GündəmManşetMANŞETÜSTÜ

Ruhaninin köməkçisi “azərbaycanlılar türk deyil, farslardır ” dedi, İran qarışdı

Ruhaninin köməkçisi “azərbaycanlılar türk deyil, farslardır ” dedi, İran qarışdı

Ruhaninin köməkçisi “azərbaycanlılar türk deyil, farslardır ” dedi, İran qarışdı

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadırın Prezident Həsən Ruhaniyə ünvanladığı məktuba 50 türk əsilli deputat imza atıb.

Avropa.info Axar.az-a istinadən xəbər verir ki, millət vəkilləri Ruhaniyə yazılmış məktubda onun köməkçisi Əli Yunusinin “azərbaycanlılar türkcə danışan farsdır” sözlərinə sərt reaksiya veriblər.

“Yunusinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azərbaycanlı , türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən Türk qövmünə böyük təhqirdir”, – məktubda deyilir.

Qeyd edək ki, Yunusi açıqlamasında “Azərbaycanlılar 300 ildir ki, türkcə danışırlar, onlar farsdırlar və əvvəllər də fars dilində danışıblar” deyərək, absurd iddia səsləndirmişdi.

Comment here