ManşetMANŞETÜSTÜ

Rövşən Lənkəranskinin varisi və yaxın qohumu həbslə üz-üzə

Rövşən Lənkəranskinin varisi və yaxın qohumu həbslə üz-üzə

Rövşən Lənkəranskinin varisi və yaxın qohumu həbslə üz-üzə

Bu yaxınlarda Moskvada həbs edilən azərbaycanlı killer Hacıbaba Talıbxanlının (“Hacı Beyləqanski”) həbsi kriminal aləmdə tanınan daha bir neçə azərbaycanlının həbsinə yol açır.

Avropa.info “rosbalt”a istinadən xəbər verir ki, həbs edilən “Hacı Beyləqanski” ən azından 10-dək ölüm hadisəsində təqsirli bilinir.

“Hacı Beyləqanski”nin həbsi Moskvada fəaliyyət göstərən Rövşən Lənkəranskinin yaxın qohumu və Moskva bölgəsində tərəvəz biznesində əsas fiqurlardan biri olan Zaurun da həbsinə yol açır. Çünki Zaurla Hacı arasında çox sıx əlaqələr olduğu Moskva hüquq-mühafizə orqanlarına bəllidir. Bu hadisədə bütün ipucları Zaura doğru istiqamətlənib.

“Hacı” Rövşən Lənkərnaski ilə çox yaxın münasibətdə olması nəticədə Zaurla sıx əməkdaşlığa gətirib çıxarıb. Belə ki, Lotu Quli həbsdən çıxdıqdan sonra Zaurun Moskvada nəzarət etdiyi bazarlara öz nəzarətinə keçirməsi belə bir əməkdaşlığı zəruri edib. Zaur “ağır artilleriya” kimi “Hacı”nı Qulinin qarşısına çıxarmaq istəyib. “Hacı” ilk zamanlarda vəziyyəti ilk zamanlarda Zaurun xeyrinə dəyişə bilməyib. Moskvadakı “avtoritetlər” və iş adamalrı Qulini, yaxud Zaurla Hacını seçmək məsələsinə gəldikdə hamısı birmənalı olaraq Qulini seçibilər.

Proseslərin gedişi elə bir vəziyyətə gəlib çıxıb ki, “Hacı” həbs olundu və onun həbsi Zaura çox böyük zərbə olub.

“Rosbalt”ın yazdığına görə, Zaur Rövşənin “Hacı”ya kimlərləsə “haqq-hesab çürütmək” üçün verdiyi tapşırıqlardan xəbərdardır. Bu baxımdan bir sıra hadisələrlə bağlı Zaurun da həbs olunması istisna deyil.

Avropa.info

Comment here