ManşetMANŞETÜSTÜ

“Regional İnkişaf” İctimai Birliyinin sifarişi və dəstəyi ilə “Alma: Təbiətin möcüzəsi” adlı kitab çap olunub

“Regional İnkişaf” İctimai Birliyinin sifarişi və dəstəyi ilə “Alma: Təbiətin möcüzəsi” adlı kitab çap olunub

“Regional İnkişaf” İctimai Birliyinin sifarişi və dəstəyi ilə “Alma: Təbiətin möcüzəsi” adlı kitab çap olunub

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sifarişi və dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanan “Alma: Təbiətin möcüzəsi” adlı kitab çap olunub.

Fakttv.com riib.az-a istinadən xəbər verir ki, kitab yerli alma sortlarının ildən-ilə itdiyini əsas gətirən bir qrup Quba sakininin ənənəvi və məhsuldar alma sortların təbliğinə və təşviqinə köməkliyin göstərilməsi məqsədi ilə RİİB-ə ünvanladığı müraciət əsasında ərsəyə gəlib.

Alma bitkisi ilə bağlı aparılmış araşdırmalara dair məlumatlar kitabda 13 bölmədə toplanıb. Bölmələrdə alma bitkisinin dünyada və respublikamızda tarixi, yayılma arealı, alma sortlarının xarakteristikası, müasir texnologiyalar əsasında alma bitkisinin çoxaldılması üsulları və calaqaltıları, alma bağının salınması, gübrələnməsi, formaverilməsi, budanması, suvarılması, əsas xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, meyvələrin yığılması və saxlanması qaydaları və s. faydalı məlumatlar geniş şərh olunub.

Kitab, həmçinin alma məhsulunun istehsalı ilə məşğul olan fermer və sahibkarlar, meyvəçiliklə məşğul olan mütəxəssislər, elmi işçilər və ali məktəb tələbələri üçün məlumat mənbəyidir.

Fakttv.com

Comment here