ManşetMANŞETÜSTÜ

Ramil Usubov yol polisinə tapşırıq verdi: “Özünü qanundan üstün tutanlar var…”

Ramil Usubov yol polisinə tapşırıq verdi: “Özünü qanundan üstün tutanlar var…”

Ramil Usubov yol polisinə tapşırıq verdi: "Özünü qanundan üstün tutanlar var..."2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan edilib.

Bu sözləri daxili işlər naziri Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsində çıxışı zamanı bildirib.

Nazir vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb.

Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib. Nazir yol hərəkətinin bütün iştirakçılarına müraciət edərək onları qaydalara ciddi riayət etməyə, bununla da həyat və sağlamlıqlarını qorumağa çağırıb.

O, qeyd edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə göstərəcəyinə əmin olduğunu bildirib.
Ramil Usubov yol polisinə tapşırıq verdi: "Özünü qanundan üstün tutanlar var..."Ramil Usubov yol polisinə tapşırıq verdi: "Özünü qanundan üstün tutanlar var..."

Comment here