Manşet

“Rəisinin kabinetinin qapıları həmişə sadə vətəndaşların üzünə açıqdır…”

“Rəisinin kabinetinin qapıları həmişə sadə vətəndaşların üzünə açıqdır…”

“Rəsinin kabinetinin qapıları həmişə sadə vətəndaşların üzünə açıqdır…” – Zərdab sakinlərindən təşəkkür məktubu

Zərdab rayonunun bir qrup ağsaqqalı Avropa.info saytına müraciət edərək, Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyevə öz təşəkkürlərini çatdırıblar.
Müraciətdə bildirilir ki, polis şöbəsinə rəis polkovnik Teymur Hacıyev təyin edildikdən sonra rayonda cinayətkarlıqla mübarizədə indiyənə qədər müşahidə edilməyən uğurlar əldə edilib. Zərdab ağsaqqalları həmçinin qeyd edirlər ki, vətəndaşların polis şöbəsinə etdikləri müraciət və şikayətlərə dərhal baxılır, problem anındaca həll edilir.
“Problemlərin çox qısa zaman ərzində öz həllini tapdığına görə, saytınız vasitəsilə polis polkovniki Teymur Hacıyevə və Daxili İşlər Nazirliyi rəhbərliyinə də öz təşəkkürümüzü bildirik. Polkovnik Teymur Hacıyev rayon polislərinin qarşısına bir məqsəd qoyub – cinayətkarları deyil, cinayəti yox etmək. Polkovnik Teymur Hacıyev məsələlərə doğru müstəvidə yanaşaraq, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərilməsinə nail olub. Vaxtilə rayonda gənclər arasında tüğyan edən narkomaniya halları əsaslı dərəcədə azalıb. Cənab polkovnik zərərli vərdişlərə aludə olan gənclərin ailələri ilə şəxsən görüşür və valideynlərin də yardımından istifadə edərək, onların sağlam həyata qayıtmasına yardım edir. Cənab rəis bu məsələdə rayon ziyalılarının, fəallarının yardımından faydalanır.Elə buna görə də polkovnik Teymur Hacıyevin adı hər bir Zərdab ailəsində razılıqla çəkilir”,- deyə müraciətdə qeyd edilir. Zərdab sakinləri onu da bildirirlər ki, polis rəisin şəffaf fəaliyyəti və sadə insanlardan məsləhət alması onunla nəticələnib ki, rayonda cinayət faktları xeyli dərəcədə azalıb. “Zərdab Poliş Şöbəsinin rəsinin kabinetinin qapıları həmişə sadə vətəndaşların üzünə açıqdır. Kimin nə şikayəti, nə dərdi varsa, ərklə rəisin birbaşa özünə deyə bilir. Polkovnik Teymur Hacıyevin qəbul günləri yoxdur, bir dərdi, bir şikayəti olan vətəndaş istədiyi zaman rəislə görüşə bilər”,- deyən ağsaqqallar bəyan edirlər. “Polkovnik Teymur Hacıyev bizə tək rəis deyil, bir qardaşdır, dostdur, sirdaşdır. Biz birlikdə gəncləri yaşaya biləcəkləri faciələrdən qorumağa çalışırıq. Əminik ki, tezliklə Zərdabda nə cinayət qalacaq, nə cinayətkar. Polis və xalq əlbir olanda, birlikdə fəaliyyət göstərəndə cinayətkarlığı məğlub etmək də mümkün olur. Artıq Zərdab bütün rayonlar üçün bir nümunə sayıla bilər. Bizim polis rəisimiz hər dəfə bəyan edir ki, “mən sizin xidmətçinizəm, sizə kömək üçün buradayam, sizlərdən biriyəm”.
Məhz, belə yanaşma nəticəsində Zərdab rayonunun adı cinayətin ən az işlədildiyi bölgə kimi hallanır. Biz, cənab Prezident İlham Əliyevə, cənab nazir Ramil Usubova belə bir təyinata görə təşəkkürümüzü bildiriik və onu da vurğulamağı özümüzə borc bilirik ki, Zərdabdan arxayın olun, bu rayonda dövləti polkovnik Teymur Hacıyev kimi vicdanlı, dürüst və işləməyi bacaran şəxslər təmsil edir”,- deyə Zərdab sakinlərinin müraciətində bildirilir.  
Fakttv.com Vüqar Rəhimov

Comment here