İdman

Rəcəbov Aronyana qalib gəldi – Yeniləndi

Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə “Grand Chess Tour” seriyasının ikinci mərhələsinə yekun vurulub.

Huquqaz.com xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin son günündə daha 9 blits partiyada qüvvəsini sınayıb.

Alireza Firuzca (FIDE), Fabiano Karuana (ABŞ), Riçard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Vladimir Kramnikə (Rusiya) məğlub olan 34 yaşlı qrossmeyster Petr Svidler (Rusiya) və Levon Aronyan (Ermənistan) üzərində qələbə qazanıb. Uesli So (ABŞ) və Yan Nepomnyaşi ilə qarşılaşmalar isə heç-heçə başa çatıb.

Yekunda 14 xal toplayan Rəcəbov yarışı 9-cu pillədə bitiirb.

Qeyd edək ki, turnirin qalibi So olub. Nepomnyaşi 2-ci, Vaşye-Laqrav isə 3-cü yeri tutub.

Comment here