İdmanMANŞETÜSTÜ

Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir

Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının “Sportinq”lə ilk qrup matçı haqqında fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, Q. Qurbanov xorvat Filip Ozobiçlə birgə keçirdiyi mətbuat konfransında sabahkı oyundan danışıb:

“İlk oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Problemlərimiz var, ancaq bu oyuna pis hazırlaşmamışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun olacaq. Üstünlük “Sportinq”dədir. Öz meydanlarında oynayırlar. Onlar evdə çox aqressiv oynayırlar, hücumda olmağı xoşlayırlar. Ağır olacağını bilirik. Hər bir halda, rəqibi yaxından tanımışıq. Düşünürəm ki, futbolçular meydanda əlindən gələni edəcəklər”.

Q. Qurbanov qeyd edib ki, belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün böyük addımdır:

“On il bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdır. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün də böyük addımdır. Bu klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha da çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın bölgəsidir”.

Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Comment here